Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur? | Banco.az

Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?

Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN)

• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;

• vergi ödənişləri üzrə borclar;

• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında);

Ən sərfəli kredit üçün müraciət et

• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.

Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et