Hansı fikirləri düşüncələrimizdən uzaq tutmalıyıq? | Banco.az

Hansı fikirləri düşüncələrimizdən uzaq tutmalıyıq?

Müəllif - Aida İsaq, Banco.az

Hər birimizin həyatında, düşüncələrində müxtəlif inanclara dayanan prinsiplər yer alır. Bəzən onların sayəsində dünyaya yeni pəncərələrdən baxmağı öyrənirik. Bəzən isə dərinliyinə varmadığımız məqamları gözdən qaçırırıq. Əksər hallarda isə ətrafımızdan, bizdən yaşca böyük insanlardan eşitdiyimiz ifadələr həyatımıza müxtəlif cür təsir göstərir. Səsləndirilən ifadələrin hər zaman faydalı olmasına isə biz özümüz qərar verməliyik. Çünkü yaşadığımız həyat tərzinin, şəraitinin, ailə mühitinin, hisslərimizin, düşüncə tərzinin hərkəsə spesifik olmasını nəzərə alsaq bizi özümüzdən daha yaxşı anlayan ikinci şəxslərin olmadığının fərqinə vararıq. Banco.az sizin üçün faydalı olacağını düşünərək artıq müasir dövrlə ayaqlaşmayan qəlibləşmiş deyimləri təqdim edir.

1. “Diplom alaraq bütün arzularına çata bilərsən”

2. “İşə qəbul olduğun ilk ildə məzuniyyət götürmə. Bu sənin daha zəhmətkeş olduğunu göstərər”

3. "Bütün gününü internetdə keçirsən, heç vaxt uğur qazana bilməyəcəksən"

4. “İlk dəfədən təklif etdiyin sevgiyə “yox” cavabı almısansa, “hə” cavabı alana qədər israr et”

5. “Şirkətlərdə vakansiyanın olub-olmamasından asılı olmayaraq qarşına çıxan bütün şirkətlərə yazılı CV formasını təqdim edə bilərsən. Bu sənin daha inamlı olduğunu göstərər”

6. “Onlayn kurslar sadəcə vaxt itkisidir”

Ən sərfəli kredit üçün müraciət et

7. “Hesablamaları daim kağız-qələm üzərindən apar. Çünkü hər zaman kalkulyator tapmaya bilərsən. (Hansı ki müasir dövrdə bütün smartfonlarda hesablama proqramlarının sayı sonsuzdur)”

8. “Münasibətlərdə xanımlar heçvaxt ilk addımı atmamalıdır. Bu onların nüfuzuna xələl gətirir”

9. "Bütün işləri öhdənə götürmək sənin daha məsuliyyətli, çalışqan olduğunu göstərər"

10. "Valideynlərin və ya böyüklərin söylədiyi fikirlər hər zaman doğrudur".

Həyatınıza, karyeranıza, şəsi qərarlarınıza daim qayğıyla yanaşın! Çünkü bizim doya-doya yaşamalı olduğumuz və bütün sterotipləri qıracağımız sadəcə bir həyatımız var! Sevgiylə qalın!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et