Əmanət ən sadə yolla desək, sizin banka verdiyiniz borcdur. Hansı ki, siz o borcu bir müddət sonra faizi ilə geri ala bilirsiniz. Əmanət yerləşdirərkən onun müddətini, hansı əmanət növü olacağını və ən əsası, faizləri nə zaman götürəcəyinizi siz özünüz seçə bilərsiniz.
Həmçinin bax: Manat əmanəti ən sərfəli olan banklar - Sentyabr 2019
Əmanətinizə hesablanmış faizləri siz hər ay sonunda,rübün sonunda və ya müddətin sonunda götürə bilərsiniz. Lakin bir əmanət növü də var ki, bu əmanət növündə əmanət müddəti üzrə hesablanmış faizləri qabaqcadan götürə bilərsiniz. Qısacası bu əmanət növündə faizlər öncədən hesablanır.
Hal-hazırda sadəcə 2 bankda bu əmanət növü mövcuddur.
Həmçinin bax: Ən sərfəli manat əmanətləri
Bank | Min.Məbləğ | Müddət |
Faiz |
Expressbank |
500 AZN | 1 il | 12% |
NBC Bank |
- | 1 il | AZN-11% |
USD-3% | |||
EUR-3% |
*AGBank-ın "İlin 5-ci fəsli" adlı əmanət növündə isə ilk Müqavilə bağlanıldığı tarixdən sadəcə 3 ay müddətinə əvvəlcədən faizlər hesablanır və ödənilir. Gələn 3 ay müddətində faizlər hesablanmır. 4-cü aydan etibarən (4-cü ay daxildir) faizlər aylıq hesablanır və ödənilir.