Hansı elektronika mağazaları onlayn sifarişlərin çatdırılmasını təmin edir? | Banco.az

Hansı elektronika mağazaları onlayn sifarişlərin çatdırılmasını təmin edir?

Virusla bağlı karantin rejiminin hələ də davam etməsi şirkətləri onlayn xidmət göstərməyə sövq edir. Digər tərəfdən isə insanların marağını elektron ticarətə yönəldir. Yaranmış bu vəziyyət bir tərəfdən iqtisadi və sosial mühitdə durğunluq yaratsa da, digər aspektdən həm biznesdə, həm də cəmiyyətdə yeni bir mədəniyyət formalaşdırır. Şirkətlər artıq yalnız satış etməklə kifayətlənmirlər, müştərilər üçün satışdan sonra xidmət də göstərirlər. Necə ki, artıq apteklər, marketlər və s. kimi hər gün üz tutduğumuz yerlər belə bu xidmətdən istifadə edirlər. Eyni zamanda elektronika mağazaları da bundan geridə qalmır.

İş yerlərinin fəaliyyətinin müvəqqəti dayanması, insanların evdən çölə çıxmaqda məhdudiyyətlərin olmasını nəzərə alan elektronika mağazaları bu müddət ərzində ödənilmə kreditləri əhaliyə güzəştə getdi. Bundan əlavə onlar bu cür mallara olan tələbatı qarşılamaq üçün onlayn sifariş və çatdırılma xidmətlərini diqqətə çatdırırlar.

İstədiyiniz malı onlayn sifariş verməklə həm kütlə içərisində virusun yayılmasının qarşısını almaqla yanaşı vaxtınıza da qənaət etmiş olarsınız.

Bəs hansı mağazalardan bu növ tələbatlarımızı qarşılaya bilərik? Siyahı ilə Banco.az-ın hazırladığı cədvəldən tanış ola bilərsiniz.

Həmçinin oxu: Hansı apteklər çatdırılma xidməti təklif edir?

Həmçinin oxu: Çatdırılma xidməti olan restoranlar və şirkətlər hansılardır?

Həmçinin oxu:Hansı marketlərin çatdırılma xidməti var?

Elektronika mağazaları Əlaqə nömrəsi
Baku Electronics 143
Bestel 012-498-18-98
Hatikoshop 055-652-17-39
İrşad Electronics *0171
Kontakt Home *6060
Magnit 055/77-226-91-96
Maxi *0900
Megamart 055/51-944-47-08
Music Gallery *1313
Optimal 012-954
Smarton 050-546-01-01
Soliton 180
Technostore 012-530-46-46
Wentto Electronics 012-965
World Telecom *2555
West Telecom 051-337-18-18

Araşdırma Tərlan Qəhrəmanova,

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik Tahir Əsgərli, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et