Çatdırılma xidməti olan restoranlar və şirkətlər hansılardır? | Banco.az

Çatdırılma xidməti olan restoranlar və şirkətlər hansılardır?

İnsanların üz tutduğu istirahət məkanları arasında kafe və restoranlar üstünlük təşkil edir. Hazırda koronavirusla mübarizə zəminində karantin rejimi elan olunduğuna görə onların fəaliyyəti məhdudlaşdırılıb. Lakin, sözügedən obyektlərin onlayn sifariş xidmətlərindən yararlanmaq mümkündür. Bundan başqa yalnız çatdırma ilə məşğul olan şirkətlər də var ki, əksər restoranlar bu şirkətlər vasitəsilə müştərilərinə öz məhsullarını çatdırırlar.

Bir sözlə, sevdiyimiz restoran və kafelərə gedə bilməsək də, sevdiyimiz təamlardan uzaq deyilik. Banco.az sizin üçün faydalı olacağını düşünərək, yemək çatdırılmasını həyata keçirən şirkətləri və özünün çatdırılma xidməti olan restoranları araşdırıb təqdim edir.

Əlavə də qeyd edək ki, Hungry.az (Rahat market) və Nuush.az ( Bravo market) restoranlarla yanaşı marketlərdən də sifarişləri evlərinizə çatdırır.

Yemək çatdırma xidməti həyata keçirən şirkətlər

Özlərinin çatdırılma xidməti olan restoranlar

Acqalma.az Anadolu.az
Bolt Food Boranı
Fooderos.az Böyük Fırat

Foodorder.az

Dominospizza.az

Hungry.az Kurepizza.com
Metbexler.az Papajohns.az
Nuush.az Pakdad
Wolt Pizza.az
  Pizzamizza.az

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Tərlan Qəhrəmanova,

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et