Hansı bankların vəziyyəti risklidir? | Banco.az

Hansı bankların vəziyyəti risklidir?

Risk ölçülü aktivlər müəyyən bir risk daşıyan aktivlərdir.

Bu aktivlər əhəmiyyətli dərəcədə qiymət dəyişimi ilə üzləşə bilir. Belə tip aktivlərə səhmlər, uzunmüddətli və yüksək faizli istiqrazlar, qiymətli kağızlar, valyuta, daşınmaz əmlak və müxtəlif növ əmtəə və məhsullar daxil ola bilər.

Bankların risk ölçülü aktivləri onların sahib olduqları və qiymət dəyişiminə uğraya biləcək aktivlərdir. Bu aktivlərdə qiymət dəyişikliklərinin əsas səbəbi faiz dərəcəsinin dəyişməsi, kreditin geri qaytarıla bilməməsi və bu kimi risklərdir.

Risk ölçülü aktivlər bankın daha çox gəlir əldə etməsinə səbəb olsa da, onun normadan çox olması bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Risk ölçülü kativlər balansdan kənar aktivlər hesab olunur.

Banco.az olaraq 2016-cı ilin sonuna bankların risk ölçülü aktivlərinin həcmini araşdırdıq:

Bank

Riskli aktivlər

(manat)

Bank Avrasiya

98.557.000

NBC Bank

141.887.000

Ziraat Bankı

145.560.484

Bank BTB

152.596.625

Rabitəbank

262.709.000

Expressbank

278.367.000

Bank Respublika

293.764.000

Azər Türk Bank

327.819.820

Bank of Baku

348.600.320

Nikoil Bank

362.394.430

ASB Bank

426.416.460

Atabank

462.324.781

Bank Silk Way

700.049.957

Paşa Bank

1.136.889.000

Xalq Bank

1.337.251.970

Kapital Bank

1.593.971.870

Bir sıra banklarda onların riskli aktivlərinin həcmi onun balans aktivlərinin həcminə yaxın və ya ondan çoxdur. Bankların ən son maliyyə məlumatlarına əsasən onların riskli aktivlərinin həcmi və balans aktivlərində çəkisi aşağıdakı kimidir:

Bank

Balans aktivləri

(manat)

Risk ölçülü 

aktivlər

(manat)

Riskli aktivlərin balans aktivlərində çəkisi

ASB Bank

787.179.200

426.416.460

54%

Atabank

472.541.860

462.324.781

98%

Azər Türk Bank

469.549.815

327.819.82

70%

Bank Avrasiya

143.417.300

98.557.000

69%

Bank BTB

241.508.220

152.596.625

63%

Bank of Baku

549.609.440

348.600.320

63%

Bank Respublika

912.117.000

293.764.000

32%

Bank Silk Way

403.992.870

700.049.957

173%

Expressbank

286.822.000

278367000

97%

Kapital Bank

3.096.690.920

1.593.971.870

51%

NBC Bank

158.970.000

141.887.000

89%

Nikoil Bank

439.726.360

362.394.430

82%

Paşa Bank

3.138.803.000

1.136.889.000

36%

Rabitəbank

552.288.000

262.709.000

48%

Xalq Bank

1.668.620.903

1.337.251.970

80%

Ziraat Bankı

132.195.870

145.560.484

110%

Ən sərfəli kredit üçün müraciət et