Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır.
Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?
Xüsusi ehtiyatlar (bundan sonra - ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.
Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.
Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlərin gecikmə günləri üzrə riski artdıqca, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Qeyd olunan ehtiyat faizlər üzrə ehtiyat məbləğləri üzrə hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.
Banco.az olaraq 2016-cı ilin 4-cü rübü üçün maliyyə göstəricilərini açıqlayan bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını müəyyən etdik və onları həcminə görə sıraladıq:
İlk üçlükdə "Nikoil Bank", "Bank of Baku" və "AccessBank" yer alıb.
Bank |
Ehtiyatlara ayirmalar (manat) |
Nikoil Bank |
198.518.430 |
Bank of Baku |
117.659.000 |
AccessBank* |
98.853.970 |
Beynəlxalq Bank |
98.271.000 |
Kapital Bank |
66.014.240 |
Xalq Bank |
59.928.200 |
Dəmirbank |
44.957.285 |
AGBank |
36.969.880 |
Muğanbank |
30.546.020 |
Yapı Kredi Bank Azərbaycan |
30.003.770 |
Unibank |
28.361.535 |
Rabitəbank |
24.391.000 |
Paşa Bank |
22.017.000 |
AFB Bank |
19.145.260 |
Atabank |
16.679.350 |
Bank Silk Way |
14.885.945 |
Expressbank |
13.440.000 |
Bank BTB |
13.434.980 |
Azər Türk Bank |
12.846.501 |
VTB Bank Azərbaycan |
7.694.849 |
Bank Avrasiya |
7.537.800 |
NBC Bank |
7249000 |
Caspian Development Bank |
4.351.590 |
ASB Bank |
3.589.150 |
Amrahbank |
2.478.081 |
Bank Respublika |
1.682.496 |
Ziraat Bankı |
433.690 |
AccessBank-ın xüsusi ehtiyatın yaradılmasına ayırmaları ötən ilin 3-cü rüb hesabatına əsasən əks olunmuşdur.