Hansı banklarda hesab açmaq pulsuzdur? | Banco.az

Hansı banklarda hesab açmaq pulsuzdur?

Bu dəfə ki, araşdırmamız isə banklarda cari hesabların açılması ilə bağlıdır. Cari hesabda müddətsiz qaydada pul vəsaitləri saxlamaq və həmin vəsaitləri istənilən vaxt hesabdan çıxarmaq mümkündür. Cari hesabla əlaqədar bütün əməliyyatlar hesabdakı pul vəsaitlərinin faktiki məbləği çərçivəsində aparılır. Fiziki şəxslərin cari hesabları əmanətlərin sığortalanması fondu tərəfindən qorunur. Cari hesabdakı vəsait qalığına faizlərin hesablanması isə banklardan asılı olaraq dəyişə bilər.

Müştərilər (hesab sahibləri) bank hesabları açarkən, bankları seçməkdə müstəqildirlər, bir və ya bir neçə bankda hesab aça bilərlər. 

Həmçinin  bank hesablarının açılması üçün maraqlı şəxslərin müraciətlərinə baxılması proseduru hər bir bankın müvafiq daxili qaydaları ilə müəyyən olunur. Daxili qaydaların hazırlanmasında bu Qaydalarla yanaşı «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları da nəzərə alınmalıdır.

 Biz banklarla əlaqə saxlayaraq, onlarda adi fiziki şəxslər (yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan) fiziki şəxslər üçün açılan cari hesabların xidmət haqqları ilə maraqlandıq. Əksər banklarda cari hesabların açılması və xidmət olunması ödənişsiz olsa da, bu xidmət üçün “10 AZN” komisyon haqqı lan banklar da vardır.

Beləliklə banklardan aldığımız məlumatlar asasında aşağıdakə cədvəli tərtib etdik.

Adi fiziki şəxs üçün cari hesabların açılması üçün şəxsiyyəti təsdiq edən sənəd kifayət edir. 

Bankın adı

Manat (AZN)

Xarici valyuta

Kapital Bank

Ödənişsiz

Ödənişsiz

AccessBank

Ödənişsiz

Ödənişsiz

Unibank

Ödənişsiz

Ödənişsiz

Dəmirbank

Ödənişsiz

Ödənişsiz

Atabank

Ödənişsiz

Ödənişsiz

Bank Respublika

Ödənişsiz

Ödənişsiz

Amrahbank

Ödənişsiz

Ödənişsiz

Bank of Baku

Ödənişsiz

Ödənişsiz

Nikoil Bank

Ödənişsiz

Ödənişsiz

Expressbank

Ödənişsiz

Ödənişsiz

Turanbank

Ödənişsiz

Ödənişsiz

NBC Bank

Ödənişsiz

Ödənişsiz

Bank BTB

Ödənişsiz

Ödənişsiz

VTB Bank

Ödənişsiz

Ödənişsiz

ASB Bank

Ödənişsiz

Ödənişsiz

Bank Silk Way

Ödənişsiz

Ödənişsiz

CDB BanK

Ödənişsiz

Ödənişsiz

Xalq Bank

Ödənişsiz

Ödənişsiz

AGBank

Ödənişsiz

Ödənişsiz

Bank Avrasiya

Ödənişsiz

Ödənişsiz

MuganBank

Ödənişsiz

Ödənişsiz

Rabitəbank

Ödənişsiz

10 Azn

Gunay Bank

Ödənişsiz

Ödənişsiz

Yapı Kredi Bank

5 Azn

3 USD

Beynəlxalq Bank

10 Azn

10 Azn

AFB Bank

10 Azn

10 Azn

Azər Türk Bank

10 Azn

10 Azn

Ziraat Bank

10 Azn

10 Azn

Paşa Bank

-

-

Ən sərfəli kredit üçün müraciət et

Paşa Bank - əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və hüquqi şəxslərə xidmət göstərdiyi üçün bankın müştərisi olmayan fiziki şəxslər üçü hesab açılması mümkün deyil. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et