Banco.az ölkəmizdə nağd pul krediti verən banklar və onların şərtlərini araşdırıb.
Təqdim etdiyimiz cədvəldə bankların təklif etdiyi kreditləri bir yerə topladıq. Özünüzə uyğun kredit növünü seçə və bankınıza müraciət edə bilərsiniz.
Həmçinin bax - Hansı banklar taksit kartı təklif edir?
Bank |
Məbləğ(AZN) |
Müddət (Ay) |
Faiz |
Əmək haqqı üçün minimal tələb (məbləğ) |
AccessBank |
500-10.000 |
6-24 | 29% | 155 AZN |
AFB Bank |
500-10.000 | 12 | 30% | 300-350 AZN |
Azər Türk Bank1 |
Ə/H-nın 3 misli |
12 |
26% |
- |
Bank Avrasiya |
min. 500 |
12 |
26-27% |
300 AZN |
Bank BTB |
300-5.000 |
3-36 |
32-38% |
- |
Bank of Baku2 |
300-5.000 (maks.) |
6-12 |
26-32% |
300-400 AZN |
Bank Respublika |
500-5.000 | 6-18 | 32% | 350 AZN |
Bank Silk Way3 |
500-30.000 | 24 ay | 16-18% | 200 AZN |
Beynəlxalq Bank4 |
300-15.000 |
36 ay |
27-29% |
150 AZN |
Dəmirbank |
500-10.000 |
36 |
min. 27% |
- |
Expressbank |
300-5.000 | 12-36 | 28-30% | 155 AZN |
Kapital Bank5 |
300-20.000 |
3-36 |
29,84% |
100 AZN |
Rabitəbank |
300-1.000 |
12 |
27% |
- |
Unibank |
300-5.000 |
3-24 |
23-30% |
175 AZN |
Yapı Kredi Bank Azərbaycan |
300-10.000 | 6-36 | 28% | 465 AZN |
- Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır və bank tərəfindən kredit kartı təklif olunur.
- Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
- Bank Silk Way-dən kredit almaq üçün ya bankın, ya da AZAL-ın əməkdaşı olmaq lazımdır.
- Beynəlxalq Bank - dan əmək haqqı və ya pensiya kartı olmalıdır.
- Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.
Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.