Ev arzusunda olan gənclərin sayı gün getdikcə artır. İpoteka kreditləri isə bu arzunun reallaşması üçün optimal variantlardan biridir. Lakin bunu əldə etmək arzulamaq qədər asan deyil.
İpoteka – sizin daşınmaz əmlakı girov qoymaq müqabilində əldə etdiyiniz pullardır.
İpoteka krediti əsasən yeni yaşayış evi və ya mənzil almaq üçün rəsmiləşdirilir.
Bəs ipoteka üçün hara müraciət etmək lazımdır?
İki növ ipoteka kreditləri vardır:
1. Azərbaycan Dövlət İpoteka Fondu ilə hesabına verilən ipoteka krediti.
2. Bankdaxili ipoteka krediti.
Azərbaycan Dövlət İpoteka Fondu ilə hesabına verilən ipoteka krediti verilişində fond kreditlərini birbaşa özü vermir və müvəkkil banklardan vasitəçi kimi istifadə edir. Yəni banklar ipoteka fondunun vəsaiti ilə ipoteka kreditləri verir.
Hal- hazırda ölkəmizdə Dövlət İpoteka Fondu xətti ilə ipoteka krediti verən bir çox banklarda bu xidmət aktiv deyil.
Lakin siz istəsəniz bankdaxili ipoteka götürə bilərsiniz. Bankdaxili ipoteka o ipotekadır ki, kommersiya bankları öz şəxsi vəsaitləri və cəlb edilmiş digər maliyyə resursları sayəsində də öz vəsaitləri hesabına ipoteka kreditləri verirlər. Bu kreditlər nisbətən az müddətli və daha yüksək faizli olsalar da, onların əldə edilməsi daha əlçatandır.
Mövcud iqtisadi şəraitlə əlaqədar olaraq bir çox bankda ipoteka kreditlərinin verilişi dayandırılmışdır. Sizlərə hal-hazırda bankdaxili ipoteka krediti təklif edən banklar və onların şərtlərini təqdim edirik:
Bank |
Faiz |
İlkin |
Məbləğ |
Komisyon |
Müddət |
Valyuta |
AccessBank |
12-22 |
20% |
10.000-150.000 |
1% |
10 il |
USD |
ASB Bank |
12% |
30% |
--- |
1% |
5 il |
USD |
Azər Türk Bank |
8-10% |
10% |
--- |
1% |
10 il |
AZN |
Dəmirbank |
16% |
25% |
10.000-200.000 |
1% |
10 il |
USD |
Rabitəbank |
17% |
30% |
50.000 |
1% |
5 il |
USD |
Xalq Bank |
10% |
30% |
35.000-500.000 |
0,1% |
25 il |
USD |
Cədvəldə gördüyünüz kimi, Azər Türk Bank xaricində bütün digər banklar kreditləri USD valyutasında təklif edir.
Unutmayın ki, ipoteka krediti verilişi digər kredit növləri ilə müqayisədə daha yorucu və ciddi mərhələlərdən ibarətdir. Bu kreditlərdən yararlanmaq istəyənlər şəxsiyyəti təsdiq edən sənəd, gəlirlər haqqında arayış, girov qoyulan daşınmaz əmlak üzrə sənədlər təqdim etməlidirlər. Kredit üçün veriləcək məbləğ müştəriyə fərdi baxış sonrası təyin olunur.
Ev sahibi olmaq gözəl hissdir. Bu hissi bütün izləyicilərimizə arzulayırıq :)