Biznes kart nədir?
Biznes kartları hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslər üçün, yəni iş adamları üçün nəzərdə tutulur. Bu növ kartları əldə etmək üçün VÖEN-ə sahib olmaq lazımdır.
Həmçinin bax: Ən sərfəli biznes kartları - ARAŞDIRMA -YENİ 2022
Biznes kartlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə bir sıra önəmli ödənişlərini həyata keçirmək üçün nəzərdə tutulur. Məlumdur ki, şirkətlər tez-tez xidməti ezamiyyətlər təşkil edir, ofisdən kənarda müştərilərlə və partnyorlarla təqdimatlar və görüşlər keçirir. Bu da çoxlu xərclər tələb edir. Şirkətlərin buu tip xərcləri biznes kartlar vasitəsi ilə həyata keçirməsi daha sərfəlidir. Çünki bu zaman işçilər üçün edilən bütün xərclərə nəzarət etmək mümkün olur. Bu növ kartlar təşkilatın cari hesabına bağlansa da, hər bir kart üzrə fərdi limit müəyyən etməyə imkan verir. Bununla da əməkdaşların iş zərurəti ilə əlaqəli xərcləri asan və rahat idarə olunur, həmçinin əməkdaşlara vəsaitlərin ayrılması proseduru və mühasibatlıq hesabatı əhəmiyyətli dərəcədə sadələşir.
Biznes kartlarının müxtəlif növləri vardır: buraya VISA Business, MasterCard Business, VISA Business Gold, VISA Business Gold, VISA Business classic, MasterCard Business, Visa Corporate və s. növləri vardır.
Banco.az oaraq biznes kartları təklif edən bankları, onların məhsullarını və qiymətlərini araşdırdıq:
Bank |
Business card |
İllik xidmət haqqı (AZN) |
AccessBank |
Visa Business |
20 |
Atabank |
VİSA Bussines |
Müqaviləyə əsasən |
Bank Avrasiya |
MasterCard Business |
20 |
Visa Business |
||
Bank Respublika |
MasterCard Business |
pulsuz |
VISA Business |
||
VISA Business Gold |
||
Bank of Baku |
İşkart |
pulsuz |
Dəmirbank |
Visa Business Silver |
30 |
VISA Business Gold |
50 |
|
Expressbank |
Visa Business |
20 |
Kapital Bank |
Visa Business |
30 |
Visa Business |
40 |
|
Paşa Bank |
Visa Business |
30 |
MasterCard Business |
30 |
|
Rabitəbank |
MasterCard Business |
30 |
Xalq Bank |
Visa Business |
pulsuz |
MC Business |
"Bank of Baku"nun məhsulu olan İşkart-ın bir sıra növləri vardır. İşkart bank tərəfindən kampaniya ilə əlaqədar olaraq fevralın 20-ə qədər pulsuz təqdim olunur.
"Paşa Bank"ın biznes kartları isə 3 illik müddətə təqdim olunur.