Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.
Sərbəst auditorun sərbəstliyi həm qanunvericilik, həm də etik normalarla müəyyənləşdirilir.
Kənar auditor qeyd olunmuş dövrdə göstərilən maliyyə informasiyalarının doğruluğunu yoxlayır. O, bu göstəricilərin doğru və ya yanlış olmasını sübut etmək üçün maliyyə informasiyası toplayır və qiymətləndirmə aparır.
Sonda isə yoxlamanın nəticəsi olaraq maliyyə hesabatı haqqında audit rəyi verir.
Audit rəyi olduqca önəmlidir. Çünki, bu zaman maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlanır.
Banklar, əsasən, illik maliyyə hesabatlarının auditini həyata keçirtmək üçün beynəlxalq audit şirkətlərinin yerli nümayəndəliklərini, eləcədə yerli audit şirkətləri və sərbəst auditorları dəvət edirlər.
2015-ci il başa çatdıqdan sonra bir çox banklar həmin ilin maliyyə hesabatları üçün “Auditor Rəy”ini dərc etdilər.
Bir sıra banklar isə hələ də 2015-ci ilin audit hesabatını dərc etməyib.
Həmin banklar aşağıdakılardır: