Hansı Avropa ölkəsində mobil bankinq daha məşhurdur? | Banco.az

Hansı Avropa ölkəsində mobil bankinq daha məşhurdur?

Yaxın bir il ərzində 185 milyondan çox avropalı xidmət haqlarını mobil tətbiqlər vasitəsi ilə ödəyəcək. İNG şirkəti tərəfindən 15 ölkədə aparılan sorğunun nəticələri bunu göstərir.

Bununla yanaşı smartfon və planşet sahibi olan Avropa sakinlərinin üçdə biri artıq mobil ödəmə servislərindən yararlanır. Yaxın 12 ay ərzində onların sayının iki dəfə artacağı gözlənilir.

Mobil bank xidmətlərindən istifadə baxımından ən qabaqcıl ölkə Türkiyə seçilib, burada smartfon sahiblərinin 65%-i artıq mobil bankinq ilə yaxından tanışdır. İkinci yerdə ABŞ qərar turub, üçüncü yeri isə Niderland və İspaniya öz aralarında paylaşır.

Ən sərfəli kredit üçün müraciət et

Əgər mobil bankinqdən yararlanan internet istifadəçilərini hesablayası olsaq, ondan onlar ən çox Niderland, ABŞ və Böyük Britaniyada cəmləşib. Bank və ya qeyri-bank mobil ödəniş tətbiqləri daha çox Türkiyə və Polşada populyardır.

Mobil qurğulara sahib olan Avropa və Amerikalıların yarıdan çoxu son 12 ay ərzində öz telefon və ya planşetləri vasitəsi ilə alqı-satqı həyata keçiriblər. Belə alıcıların daha çox qisminə Türkiyə, Polşa, Rumıniya və İtaliyada rast gəlinir.

Mobil qurğular vasitəsi ilə Avropalılar daha çox geyim, elektronika, oyun, ərzaq, musiqi almağa üstünlük verir. Amma ölkədən ölkəyə zövqlər dəyişir. Bununla yanaşı mobil tətbiqə sahib olan istifadəçilər digərləri ilə müqayisədə iki dəfə daha çox alış-veriş edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et