Hansı adları şirkət adı olaraq istifadə etmək OLMAZ? | Banco.az

Hansı adları şirkət adı olaraq istifadə etmək OLMAZ?

Hər hansı bir şirkətin adı onun imicini müəyyənləşdirən ən təməl ünsürlərdən biridir. Yəni, şirkətin taleyini müəyyən edən amillərin başında şirkətin adı gəlir. Bu səbəbdən də şirkətə ad verərkən diqqətli və ehtiyatlı davranmağınız lazımdır.

Məsələn, Google şirkətinin ilk adı “BackRub” idi.

Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt

Yahoo – nun ilk adı isə “Jerry’s Guide to the World Wide Web” idi. Bu ad, şirkətin qurucusu Cerry Yang – ın adına görə seçilmişdi.

Günümüzdə isə şirkətlərə OscarCasper kimi insan adlarının verildiyini görürük.

İnsanların qulağına aşina olan belə adlarla şirkətinizi adlandırmaq sərmayəçilərin və müştərilərin marağına səbəb ola bilər, ancaq şirkətə insan adı verməyin bəzi riskləri də var.

Odur ki, bugünkü məqaləmizdə sizə ad seçimində köməklik göstərəcək bəzi məqamları araşdırmışıq.

1. Seçdiyiniz ad başqa dillərdə vulqar məna kəsb edə bilər

Sizə normal gələn bir adın başqa bir dildə vulqar mənada işlədilmə ehtimalı olduğunu bilirsiniz? Bu səbəbdən də şirkətinizi beynəlxalq sferada tanıtmaq istəyirsinizsə, xarici dillərdə şirkətinizin adının hansı mənanı verdiyini yaxşı araşdırmalısınız.

2. Şirkətə insan adının qoyulması hüquqi problemlərə səbəb ola bilər

Şirkətinizə insan adı qoymaq istəyirsinizsə, bunun bəzi hüquqi problemləri də bərabərində gətirmə ehtimalını nəzərə almalısınız. Məsələn, bir kitabda və ya filmdə istifadə edilən obrazın adı istehsalçı və ya yayım şirkəti tərəfindən patentləşdirilmiş ola bilər. Odur ki, şirkətinizə əsərlərin və ya film-serial obrazlarının adlarını qoyarkən diqqətli olmaq məsləhətdir. Məsələn, Star Wars – ın istehsalçısı “Lucasfilm”Sabacc adında bir mobil tətbiq istehsal edən şirkətə məhkəmə işi açıb. Belə ki, “Lucasfilm” şirkətin adının Star Wars – dakı bir obrazın adı olduğunu iddia edib. Belə hadisələrdən sığortalanmaq üçün ehtiyatlı davranmalısınız.

3. Cari xəbərlərdən agah olmağa çalışın

2013 – cü ildə Belçikalı şokolad istehsalçısı “Italio Suisse” marka imicini yeniləmək qərarına gəldi. 1923 – cü ildən bəri əvvəlki adı ilə tanınan şirkətin yeni adı “ISIS Chocolates” olaraq dəyişdirildi. Terror təşkilatı İŞİD – in beynəlxalq olaraq ISIS olaraq tanındığını düşünsək, bunun şirkətin imicinə necə mənfi təsir göstərdiyini təsəvvür etmək çətin olmaz.

Ən sərfəli kredit üçün müraciət et

4. Şirkətin adına demokratik şəkildə qərar vermək məcburiyyətində deyilsiniz

Şirkətinizə ad tapmağa çalışarkən ailəniz, dostlarınız, işçiləriniz, müştəriləriniz, ortaqlarınız da bu prosesə qoşulmaq istəyə bilərlər. Ancaq kollektiv qərar vermə prosesinin bəzi problemlərə səbəb ola biləcəyini düşünməlisiniz. İlk olaraq, şirkətə təkcə bir ad veriləcəyi üçün qrup halında ad tapmağa çalışdığınız zaman başqalarının fikirlərinə əhəmiyyət verməmək kimi bir vəziyyət yarana bilər. Həmçinin qrup daxilində qərar verildiyi zaman ortaq və ya çox da uğurlu olmayan bir ad seçilə bilər. Bunun əvəzinə şirkətin hədəflərini və missiyasını yaxşı bilən insanlarla birlikdə qərar verməyiniz məsləhət görülür. Zövqlərinə və qərarlarına inandığınız insanların məsləhətinə də qulaq asa bilərsiniz.

5. Şəhər adlarından uzaq durun

Yaşadığınız və ya şirkətin fəaliyyət göstərdiyi şəhərin adı ilə şirkətinizi adlandırmağın da bəzi riskləri ola bilər. Məsələn, şirkətiniz beynəlxalq səviyyədə tanınmağa başlasa belə, yerli və kiçik bir müəssisə təsiri bağışlamağa davam edə bilər. Bununla yanaşı insanlar sizin sadəcə həmin şəhər daxilində fəaliyyət göstərdiyinizi düşünə bilərlər.

Kentucky Fried Chicken ABŞ – ın Kentucky əyalətindən olsa elə, dünya miqyasında tanınan bir şirkətə çevrildikdən sonra KFC adından istifadə edir.

Həmçinin oxu: “KFC” nin qurucusu Harland Sandersin uğur hekayəsi

6. Anlaşılmazlar adlardan istifadə etməyin

Şirkətin özünə məxsus adının olması yaxşı hal hesab edilir. Çünki şirkətin hekayəsini əks etdirən adlar müştərilərə adətən bir mesaj verir. Lakin başa düşülməsi çətin, fəaliyyət göstərdiyi sektorla əlaqəsi olmayan bir adla şirkətin adlanması çox doğru qərar deyil.

7. Səhvlərinizi düzəltməyə çalışın

Şirkətinizin adının sizin məqsəd və hədəflərinizi əks etdirmədiyini, qulağa xoş səslənmədiyini düşünürsüzünsə, bu zaman insanların həmin ada öyrəşməyini gözləmək əvəzinə səhvinizi düzəldərək şirkətin adını daha uyğun versiya ilə dəyişin.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et