Hakerlər milyonlarla dollarlıq EOS və ETH tokenləri ələ keçirdilər | Banco.az

Hakerlər milyonlarla dollarlıq EOS və ETH tokenləri ələ keçirdilər

EOS ICO şirkətinin daxili sistemi hakerlərin hücumuna məruz qaldı və investorlar milyonlarla dollar dəyərində EOS və Ethereum tokenləri itirdi.

İnvestorlar EOS və Ethereum tokenlərini itirdi!

Vəziyyət sadədir, bəzi anonim internet fırıldaqçıları Block.one sisteminə daxil oldu və EOS investorlarına mesaj göndərdi. İnvestorların məlumatları hakerlər tərəfindən ələ keçirildi və həmin məlumatlar onların tokenlərini oğurlamaq üçün istifadə olundu. Hakerlər Zendesk (ZEN) adlandırılan bulud proqram təminatı provayderi tərəfindən işlədilən Block.one-ın e-poçt dəstək sistemini ələ keçirdi.

Block.one yeni Blockchain proqramlarının inkişafı üçün 4 milyard dollarlıq maliyyə təmin edən EOS ICO-nun əsas şirkətidir. EOS tokenlərinin satışı təxminən bir il əvvəl başladı və bu gün sona çatır.

İnvestorlar pulsuz EOS və ETH tokenləri almaq üçün çalışırdılar

Hakerlər e-poçtları investorlara yolladı. E-poçtda hakerin veb adresinə bir link verilirdi. Sayt istifadəçilərin pulsuz token almaq üçün cüzdanlarını açmaqdan ötrü xüsusi açarlarına daxil olmalarını istədi. Hakerlər bu xüsusi açarları investorlardan bütün tokenləri almaq üçün istifadə etdi.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda qeyri-müəyyən kibercinayətkarlar investorlardan EOS və ETH tokenlərini oğurladı. Hakerlər ələ keçirdiyi məlumatlardan yararlandı. İnvestorlar pulsuz EOS və ETH tokenləri almaq üçün səbrsizlənirdilər. Bunun əvəzində öz tokenlərini də itirdilər.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az