Güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq qaydaları dəyişib | Banco.az

Güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq qaydaları dəyişib

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranmışdır.

Sözügedən Siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcüd vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.

Qərara əsasən, Siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

https://nk.gov.az/az/document/6594/

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et