Güzəştli mənzillərin alınmasına bu qədər vəsait ayıracaq | Banco.az

Güzəştli mənzillərin alınmasına bu qədər vəsait ayıracaq

Azərbaycanın 2018-ci il dövlət büdcəsindən əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 150 mln. manat ayrılacaq.

Bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verilir.

Beləliklə, gələn ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər dəyişməz qalacaq. Belə ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, parlamentdə müzakirə olunan 2018-ci ilin ilkin büdcə layihəsinə əsasən, Azərbaycanın 2018-ci il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi və sosial ipoteka kimi xərclərə 250 mln. manatın ayrılması nəzərdə tutulurdu.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et