Güzəştli kreditlərdən hansı sahibkarların daha çox yararlandığı açıqlandı | Banco.az

Güzəştli kreditlərdən hansı sahibkarların daha çox yararlandığı açıqlandı

2025-ci il ərzində Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanan layihələrin 99,6 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.

Fondun məlumatına görə, həmin dövr ərzində verilən güzəştli kredit məbləğinin isə 89,1 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.