Müəllif: Mehin Qasımova,Banco.az
Gürcüstanın xarici dövlət borcu ilk dəfə olaraq 9 milyard dollar həddini keçərək 9,03 milyard dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, bir ay əvvəlki ilə müqayisədə Gürcüstanın dövlət borcu 43,4 milyon dollar artıb.
Xüsusən də Avropa İnvestisiya Bankına olan borc 9,1 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına isə 17 milyon dollar artıb.
Gürcüstanın dövlətlərə borcları arasında dövlət borcunun ən böyük sahibi olan Fransaya olan borcu 1,6 milyon dollar artaraq 814,5 milyon dollardan çox olub. Gürcüstanın Rusiyaya olan borcu isə dəyişməz qalaraq 7,8 milyon dollar olub.
Qeyd edək ki, il ərzində Gürcüstanın dövlət borcu 580,7 milyon dollardan çox artıb, o cümlədən ölkənin Asiya İnkişaf Bankına olan borcu 216,3 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına isə 220,4 milyon dollar artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!