Gürcüstanın Azərbaycana ixracı azalıb | Banco.az

Gürcüstanın Azərbaycana ixracı azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 284,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycana ixracı 11,9% azalıb.

8 ay ərzində Azərbaycan Gürcüstanın ümumi ixracında 13,7% payla qonşu ölkənin Çindən sonra II əsas ixrac tərəfdaşı olub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram