Gürcüstanın Azərbaycana birbaşa xarici investisiyaları 43 mln. dollardan çox artıb | Banco.az

Gürcüstanın Azərbaycana birbaşa xarici investisiyaları 43 mln. dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 74 milyon 412 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 43 milyon 365 min dollar çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 31 milyon 47 min dollar təşkil edirdi.

İlk 9 ayda Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşunda Gürcüstanın payı 1,6%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram