Gürcüstandan Azərbaycana pul köçürmələri 1.5 dəfə artıb | Banco.az

Gürcüstandan Azərbaycana pul köçürmələri 1.5 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-mart aylarında Azərbaycana 9 milyon 260 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə (3 milyon 87 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 6 milyon 173 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 3 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3.1% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram