Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb | Banco.az

Gürcüstandan Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 12 min 801 ədəd avtomobil idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İlk səkkiz ayda qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 139 milyon 594 min dollar təşkil edib.

Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 6 min 921 ədəd və ya 2,17 dəfə çoxdur.

Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 101 milyon 752 min dollar dəyərində 5 880 ədəd avtomobil alıb. 

2019-cu ilin Yanvar- Avqust ayları ərzində (8 ayda) Azərbaycana 26 min 695 ədəd cəmi nəqliyyat vasitələri idxal olunub. Bu, 2018-ci ilin Yanvar-Avqust dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, ötən ilin Yanvar-Avqust dövründə ölkəmizə 14 min 34 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında 3 min 890 ədəd, İyununda 3 min 155 ədəd, İyulunda 4 min 234 ədəd, Avqustunda isə 3 min 721 ədəd nəqliyyat vasitəsi idxal edilib.  

O cümlədən, 2019-cu ilin Yanvar-Avqust aylarında Azərbaycana 24 min 88 ədəd minik avtomobili, 246 ədəd avtobus, 2 min 262 ədəd yük avtomobili və 99 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Avqust dövründə 12 min 525 ədəd minik avtomobili, 100 ədəd avtobus, 1 332 ədəd yük avtomobili və 77 ədəd xüsusi təyinatlı vasitə idxal olunmuşdu.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et