Gürcüstandan Azərbaycana avtomobil idxalı 10% azalıb | Banco.az

Gürcüstandan Azərbaycana avtomobil idxalı 10% azalıb

2022-ci ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana 50 890,7 min ABŞ dolları dəyərində 6 438 ədəd minik avtomobili ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycana ixrac edilən avtomobilllərin sayı 755 ədəd və ya 10% azalıb, dəyəri isə 3 067,18 min dollar və ya 6,4% artıb. 2022-ci ilin birinci rübündə Gürcüstan Azərbaycana 47 823,52 dollar dəyərində 7 193 ədəd avtomobil ixrac edib. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et