Gürcüstan Milli Bankının valyuta ehtiyatı azalıb | Banco.az

Gürcüstan Milli Bankının valyuta ehtiyatı azalıb

İyulun 31-də Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 3 milyard 674 milyon ABŞ dolları təşkil edib.

Gürcüstan Milli Bankının məlumatında bu rəqəmin iyunun 30-u ilə müqayisədə 61.6 milyon dollar az olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, avqustun 1-də Milli Bank 40 milyon dollar hərraca çıxarıb ki, bu 32,8 milyon dolları satılıb.

Ötən illə müqayisədə isə Gürcüstan Milli Bankının valyuta ehtiyatlarının 748 milyon dollar artdığı bildirilib.

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et