Gürcüstan iqtisadiyyatı 6%-ə yaxın kiçilib | Banco.az

Gürcüstan iqtisadiyyatı 6%-ə yaxın kiçilib

Bu ilin yanvar-avqust aylarında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% az olub. 

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir. 

Təkcə avqust ayında isə Gürcüstanda iqtisadi azalma illik müqayisədə 5,3% az olub. 

Ötən ay qonşu ölkədə mədən və karxanalar istisna olmaqla bütün iqtisadi fəaliyyət sahələrində geriləmə qeydə alınıb. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram