Bu gün Gürcüstan Milli Bankı təkrar maliyyələşdirmə dərəcələrini artırmaq barədə qərar qəbul edib. Qərara əsasən, faiz 0,5 bənd artırılaraq 7%-ə qaldırılıb.
Bu barədə Gürcüstan Milli Bankının məlumatında deyilir.
Bank izah edir ki, inflyasiya yüksələrək avqustda 4,9 faiz təşkil edib. Tütün məmulatları üzrə aksizin artırılması yüksək illik inflyasiyanın səbəblərindən biridir.
Eyni zamanda, yüksək inflyasiya larinin ucuzlaşmasından qaynaqlanıb. Mərkəzi Bank infilyasiyaya təzyiqin zəiflədilməsi üçün monetar siyasətin sərtləşdirilməsini davam etdirməyə hazırdır.
Gürcüstan Milli Bankı bildirir ki, qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Gürcüstan Milli Bankının növbəti iclası 2019-ci il oktyabrın 23-nə təyin edilib. Lakin zərurət yaranarsa Bank növbədənkənar iclasını keçirə bilər.
Marja