Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq | Banco.az

Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq

Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.

Banco.az "Report"a istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.

Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yeni əskinasların dizayneri Baçana Malazoniyadır.

Qeyd edək ki, bu il Gürcüstan milli valyutasının dövriyyəyə buraxılmasının 20 illiyi tamam olur.