Gürcüstan bu tarixdən xarici turistləri qəbul edəcək | Banco.az

Gürcüstan bu tarixdən xarici turistləri qəbul edəcək

Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər. 

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib. 

O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.

“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et