Gürcüstan Azərbaycandan benzin tədarükünün artacağına ümid edir.
Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vaxtanq İobaşvili bildirib.
"Azərbaycanda neft zavodlarının modernləşdirilməsinin faktiki olaraq başa çatdırılması ilə bağlı Gürcüstan tərəfi tədarükün artacağını düşünür",- deyə Vaxtanq İobaşvili bildirib.
Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın ortalama qiyməti Aİ-95 benzini üçün 3,16 lari (2,15 manat), Aİ-98 benzini üçün 3,62 lari (2,30 manat) təşkil edir. Dizelin qiyməti 3,32 lari (2,11 manat), LPG qazının qiyməti isə 1,53 lari (0,97 manat) olub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!