Günün menecment məsləhəti:Eİ bacarıqlarınızı balanslaşdırın | Banco.az

Günün menecment məsləhəti:Eİ bacarıqlarınızı balanslaşdırın

Emosional İntellektə (Eİ) sahib olmaq  - daha güclü və effektiv lider olmağın vacib bir hissəsidir. Amma həddindən çox insan  Eİ-ni sadəcə insanlara qarşı çox mehriban və  şən davranmaq kimi qəbul edir. Əlbəttə, Eİ kompetensiyalarından bəziləri sosiallıq, həssaslıq və ünsiyyətcil olmağı özündə əhatə edir, amma digərləri isə nailliyyətə can atma, təsiretmə, konflikt menecment – liderliklə bağlıdır. Uğurun sirri – balansa sahib olmaqdır. Əgər siz yumşaq  emosional qabiliyyətlərdə daha güclüsünüzsə, onda digərləri üzərində - məsələn mənfi feedback verməklə bağlı öz bacarığınızı itiləməkdə fokuslanın. Məsələn, Eİ qabiliyyətlərinizi daha dominant və kəskin həmkarınız ilə münasibətləri yumşaltmağa yönəltməyin, bunun əvəzinə hər hansı bir problemi həmin yoldaşınızın diqqətinə bir başa çatdırmağı öyrənin, bu zaman həm konflikt menecmentdə bir-başa feedback vermək və öz qorxunuza üstün gələrək, emosional özünü-kontrol qabiliyyətlərinizi inkişaf etdirəcəksiniz.  

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et