Günə daha enerjili başlamaq üçün nə edə bilərik? | Banco.az

Günə daha enerjili başlamaq üçün nə edə bilərik?

Günə necə başlasanız elə də davam edər deyirlər.Buna görə də, hər gün daha enerjili və məhsuldar olmaq üçün nələr edə bilərik? Gəlin birlikdə nəzər salaq.Günlük enerjiniz üçün səhər oyandıqdan sonrakı 30 dəqiqəyə borclu olacaqsınız desək inanarsınız?Oyandıqdan sonrakı bu 30 dəqiqəni gəlin birlikdə planlaşdıraq:

 

Şükür edin

 

Səhər yataqdan çıxmadan əvvəl mənfi şeylərə diqqətinizi cəmləşdirməkdənsə, şükür etmək istədiyiniz 3 şeyi ağılınızdan keçirin və özünüzü necə yaxşı hiss etdiyinizə diqqət edin.

 

Meditasiya ilə məşğul olun

 

Hər səhər meditasiyaya vaxt ayırın.Evinizdə rahat hiss edəcəyiniz bir yer seçin və əyləşin.Meditasiya ilə zehninizi təmizləməklə günə daha yaxşı başlaya bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

 Hədəflərinizi yüksək səslə oxuyun

 

Özünüzə hədəflər təyin edin və bu hədəflərin hər birinə necə nail olduğunuzu görmək üçün gələcəkdəki özünüzə bir məktub yazın.Bu məktubu hər səhər oxuyun və bunu etməklə, istədiyiniz şeyi yerinə yetirməyə nə qədər yaxın olduğunuzu görə bilərsiniz.

Günə şükür edərək başladınız, meditasiya etdiniz və nəhayət hədəflərinizi yüksək səslə oxuduqdan sonra sıra günə fokuslanmağa gəldi.Bu gün üçün planlarınız nələrdir? Onları da planlaşdırdıqdan sonra gününüz daha enerjili və məsuldar olacaqdır.

Məqsədiniz və ya planınız, ediləcək işlər siyahısından daha vacibdir.Günə başlamadan əvvəl sizə enerji verəcək qidalarla səhər yeməyi edin və idmanla məşğul olun.Bununla yanaşı, günün ilk 30 dəqiqəsini özünüzdən başqa bir şeyə həsr etməyin.Məsələn, e-maillərinizə və s. baxmayın.Özünüzə ayırdığınız vaxtda başqa işlərlə məşğul olmayın və işləməyin.

Tərcümə: Güllü Nağıyeva