“Günay-Lizinq”in rəhbəri dəyişdi | Banco.az

“Günay-Lizinq”in rəhbəri dəyişdi

“Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.

Bu vəzifə Rəşad Hüseynzadəyə həvalə olunub.

O, indiyə qədər şirkətdə mütəxəssis kimi çalışıb və yeni vəzifəsində Fərid Beybutovu əvəz edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Keçmiş direktor isə bundan sonra yalnız 2017-ci ildə təsis etdiyi “Günay Finans” MMC-yə rəhbərlik edəcək.

“Günay-Lizinq” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin təsisçisi 100% “Günay Bank” ASC-dir.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et