“Günay Bank”ın kreditorlarının tələblərinin qeydiyyatına başlanılıb | Banco.az

“Günay Bank”ın kreditorlarının tələblərinin qeydiyyatına başlanılıb

Ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatına başlanılıb.

Ötən gün Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kütləvi informasiya vasitələrində kreditor tələblərinin qeydiyyata alınması ilə bağlı bildiriş yayımlayıb.

Sözügedən bildirişə əsasən, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları 18 iyul 2023-cü il tarixə qədər "Günay Bank"ın Baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45) müraciət edərək təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə: (+994) 941

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et