“Günay Bank” və “Muğan Bank”ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlanıb | Banco.az

“Günay Bank” və “Muğan Bank”ın əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlanıb

2024-cü il ərzində Mərkəzi Bank əmanətlərin sığortalanması sahəsində nəzarət sisteminin fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98% və 97%-i qaytarılıb.

Belə ki, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 mln. manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 mln. manat məbləğində kompensasiya ödənilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram