"Günay Bank" 2019-u mənfəətlə yarılayıb | Banco.az

"Günay Bank" 2019-u mənfəətlə yarılayıb

"Günay Bank" ASC-nin cari ilin yarımillik hesabatına nəzər salsaq, Bankın fəaliyyətində aktiv dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Qeyd olunan müddət ərzində Bank 752.29 min manat mənfəət əldə etmişdir.

İlin əvvəlinə nisbətən aktivlər 33 milyon 48.51 min artaraq 191 milyon 200.81 manatdan 224 milyon 249.242 min manata qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Məcmu kapitalın adekvatlıq əmsalı 10%-ə qarşılıq 35%təşkil edir.

"Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, "Günay Bank" gündən-günə müştəri potensialını artıraraq özünəməxsus ritmdə inkişafını davam etdirir", - məlumatda deyilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et