Gümüşün qiyməti bu ilin ən aşağı səviyyəsinə enib | Banco.az

Gümüşün qiyməti bu ilin ən aşağı səviyyəsinə enib

Bu gün Azərbaycanda gümüşün qiyməti bir unsiyaya görə 39,4421 manat təşkil edib ki, bu da cari ildə və ötən ilin dekabrın 1-dən bəri qeydə alınmış ən aşağı göstəricidir.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, sözügedən qiymətli metalın bu il ən yüksək qiyməti mayın 18-də olub – 48,3907 manat.

Həmin tarixindən bəri gümüşün dəyəri 18,5% azalıb.

Qeyd edək ki, hazırda "Comex"də (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün bir unsiyası 23,43 ABŞ dollarına (39,83 manat) ticarət olunur.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et