Güclü ölkələrin zəif pulları: Dolların dəyər itirməsi bazara necə təsir edəcək? | Banco.az

Güclü ölkələrin zəif pulları: Dolların dəyər itirməsi bazara necə təsir edəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

"Dolların ucuzlaşması bu mübadilə vasitəsi ilə hesablanan  səhmlərin qiymətinin bahalaşmasına da ciddi təsir edir. Son günlərdə dünya bazarında ABŞ valyutasının ucuzlaşmasında qlobal parçalanmanın böyük rolu var”.

Bu fikirləri Banco.az-a açıqlamasında iqtisadçı-ekspert Elçin Rəşid bildirib.

Ekspert deyir ki, iqtisadi aləmdə dolların ucuzlaşmasına səbəb özünü Ukraynada Qərblə Rusiyanın müharibəsi kimi göstərsə də,  həm də qütbün o biri tərəfində olan tərəflər arasında öz valyutaları ilə daha çox ticarət aparılması ilə nəticələnir:

“Belə ticarət əlaqələrində olan iri ölkələr sırasında  Çin və  Rusiyanı göstərmək olar. Dünya qlobal bazarında dollara olan tələb aşağı düşdüyündən dollar artıqlığı yaranır. Bu dolların ümumiyyətlə dəyərini itirməsinə səbəb olur. Onun fəsadları isə  ilk növbədə səhm bazarında özünü göstərir. Bu zaman bahalaşma baş verir. Bu fəsadlardan biri də  dollara alternativ yatırımlar olan qızıl bazarında da  kəskin dəyişmələrin yaranmasıdır”.

Dünya bazarında dolların ucuzlaşmasının Azərbaycan manatına təsirləri barədə danışan iqtisadçı vurğuladı ki, manat dollara bağlandığından dəyərini itirə yəni inflyasiya baş verə bilər:

“Manat da digər valyutalara nisbətən dəyər itirdikcə  bizim ticarət partnyorlarımızla olan əməliyyatların kütləsi də artmış olur. Azərbaycan idxal ölkəsi olduğuna görə istehlak etdiyimiz malların böyük bir hissəsi idxal mallarıdır. Manat dollar qarşısında dəyər itirərsə daha çox manat ödəməli olacağıq, çünki onları manata çevirdikdə daha yüksək ədəd alınır. Bu da birbaşa istehlakçı qiymət indeksinin və inflyasiyanın artması deməkdir”.

Ən sərfəli kredit üçün müraciət et

Mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib ki,  Dövlət Neft Fondu tərəfindən Azərbaycanda valyutaya olan tələbin əhəmiyyətli hissəsi ödənilir.

Azərbaycanın hələ ki üzən məzənnə rejiminə keçmədiyini qeyd edən deputat hesab edir ki, neft bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.

Vüqar Bayramov onu da qeyd edib ki, Neft Fondunun mövcud aktivləri hesabına illik orta hesabla 12 milyard manatlıq transferi həyata keçirmək imkanına malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram