Grace period -Güzəşt müddəti nədir? | Banco.az

Grace period -Güzəşt müddəti nədir?

 Grace period – güzəştli kreditləşmə müddətidir. Bunu həm də faizsiz kreditləşmə dövrü, ödənişsiz kreditləşmə dövrü də adlandırırlar. Bu müddət ərzində kredit və ya overdraft kart sahibi borc götürdüyü vəsaitlərdən pulsuz və ya daha endirimli faizlə istifadə edir, bir şərtlə ki, güzəşt müddəti başa çatdıqdan sonra istifadə edilmiş vəsait tam şəkildə geri ödənsin.

Məsələn adi kredit kartlarında siz 1 ay ərzində xərclədiyiniz 1000 manatı, bərabər hissələrlə, faizlər də əlavə edilməklə 12 aya ödəyisiniz.

Grace period olduqda isə, siz həmin məbləği güzəşt müddəti başa çatanadək, faizsiz, lakin tam şəkildə ödəməli olursunuz.

Əksər hallarda grace period  yalnız nağdsız ödənişlərə şamil edilir. – yəni məhsul və xidmətlərin haqqının ticarət məntəqələrində və iaşə obyektlərində mövcud olan pos terminal vasitəsi ilə ödənilməsi, həmçinin İnternet vasitəsi ilə edilən ödənişlər. Amma bir neçə bankda güzəşt müddəti həm də nağd çıxarılışlara da aid edilir.

Grece period-un davamiyyət müddəti müəyyən gün sayı ilə ifadə olunur.  Bizim banklarda bu müddət 30-45 gün arasında dəyişir. Adətən bir ay ərzində istifadə olunan vəsaitə görə ödənişlər növbəti ayın 1-dən 10-ə qədər olan vaxt ərzində həyata keçirilir.

Məsələn siz ayın 5-də ödəniş etmisiniz, vəsaiti gələn ayın 10-a qədər geri ödəyə bilərsiniz. Sizin bu halda 34-35 gün vaxtınız olur. 

Ən sərfəli kredit üçün müraciət et

Amma eyni zamanda siz ayın 25-də etdiyiniz ödənişə görə vəsaiti növbəti ayın 10-acan etməlisiniz. Bu zaman isə 14-15 gün vaxtınız olur.

Deməli güzəşt müddətinin faktiki müddəti sizin öz alış-verişinizi ayın hansı tarixində istifadə etməyinizdən asılı olur. İstifadə etdiyiniz məbləği tam şəkildə geri qaytardıqda, ona görə heç bir əlavə ödəniş etmirsiniz.

Amma ki, həmçinin də vəsaitdən istifadə müddəti  ayrıca gün sayı ilə də müəyən edilə bilər, yəni vəsaiti istifadə anında  30-və ya 40 təqvim günü ərzində həmin məbləğ karta geri qaytarılıqda ona görə heç bir faiz hesablanmır.

Mələn ayın 15-də edilmiş ödənişə görə faiz hesablanmayan dövr gələn ayın 15-də (müddət 30 gün olarsa) və ya gələn ayın 25 (güzəşt müddəti 40 gün olarsa) başa çatır.

Əgər müddət başa çatdıqda ödənişi tam edə bilməsiniz. Ondan bank tərəfindən müəyyən edilən mütləq minimal ödənişi həyata keçirməli olacaqsınız, yerdə qalan məbləğə isə illik bank faizləri hesablanmağa başlayacaq. Mütləq minimal ödənişləri etmədikdə isə sizə cərimə hesablanacaqdır.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et