Göydələn iqtisadi çöküşə səbəb ola bilərmi? | Banco.az

Göydələn iqtisadi çöküşə səbəb ola bilərmi?

Göydələnlər qədər insanın şücaətini və iqtisadi gücünü göstərə biləcək ikinci bir nümunə bəlkə də yoxdur.

Yenicə tamamlanmış 2 073 fut hündürlükdə olan  Shanghai Tower də belə tikililərdən biridir. O, Dubaydakı Bürc Xəlifədən (2,717 fut) sonra dünyada ikinci, Çində isə birinci ən uca göydələndir. Binanın tikintisi 7 ilə başa gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Lakin belə əzəmətli göydələnlər heç də həmişə maksimal gəlir mənbəyi olmur. Onlar ölkə iqtisadiyyatına böhran belə gətirə bilirlər.  Barclayin "Skyscraper Index."-nə görə statistik məlumatlar göstərir ki, hər tikilən göydələn ilk vaxtlar yerli iqtisadiyyatı zərərə salır. Yəni, hər şeydən əvvəl onlar zərər indikatorudurlar.