“Google”un servisləri köhnə əməliyyat sistemli cihazlarda bağlanacaq | Banco.az

“Google”un servisləri köhnə əməliyyat sistemli cihazlarda bağlanacaq

“Google” şirkəti sentyabrın 27-dən “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır.

Bununla da sözügedən cihazlarda “Google Play” və onun hədiyyə kartı, “YouTube”, “Google Drive”, “Gmail” kimi servislərin açdığı geniş imkanlardan yararlana bilməyəcək.

Şirkətdən bildiriblər ki, bu addım istifadəçiləri qorumaq məqsədilə atılıb. Belə ki, köhnə əməliyyat sistemilə çalışan cihazlarda hesaba icazə verilməsi ilə fərdi məlumatların oğurlanması təhlükəsinin yarandığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Business of Apps” xidmətinə görə, bu ilin birinci rübündə dünyada “Android 2.3” əməliyyat sistemilə çalışan cihazların sayı 11,2 milyon olub ki, bu da bütövlükdə “Android” istifadəçilərinin ümumi sayının 0,4 faizi deməkdir. “Android 2.3.7” əməliyyat sistemi 2011-ci ildə tətbiq olunub.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et