“Google” yeni süni intellekt tətbiqi “Gemini”ni təqdim edib | Banco.az

“Google” yeni süni intellekt tətbiqi “Gemini”ni təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” yeni süni intellekt tətbiqi “Gemini”ni təqdim edib.

Banco.az xəbər verir ki, “Google” şirkəti süni intellekt köməkçisini “Gemini” adı ilə istifadəçilərə təqdim edib.

İlkin olaraq “OpenAI”nin süni intellekt çatbotu “ChatGPT”yə rəqib olaraq hazırlanmış “Gemini” “Google”un bütün süni intellekt modellərinin birləşməsidir.

“Gemini” hazırda internetdə 40 dildə mövcuddur. “Gemini”nin mülahizə yürütmək, təlimatlara əməl etmək, kodlaşdırma və yaradıcı əməkdaşlıq etmək qabiliyyətinə malik olduğu iddia edilir.

Bu yeni proqram sizin öyrənmə tərzinizə uyğunlaşdırılmış fərdi müəllim ola bilər və ya məzmun strategiyasını planlaşdırmağınıza və ya biznes planı yaratmağınıza kömək etmək üçün yaradıcı tərəfdaş kimi çıxış edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda inkişaf mərhələsində olan “Gemini” tətbiqi müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərlə sınaqdan keçirilir. Sınaqdan keçirilən funksiyalardan biri də “Google Assistant”ı əvəz etmək üçün planlaşdırılan yeni çatbotdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et