Google-un reklam biznesinin inanılmaz miqyası | Banco.az

Google-un reklam biznesinin inanılmaz miqyası

Google-un ana şirkəti olan Alphabetin cari ilin ikinci rübünə olan maliyyə nəticələrinə əsasən, şirkətin qazancı gözləntiləri üstələyib. Reklam gəlirləri, o cümlədən digər gəlirlərin – bulud texnologiyaları və qurğulardan olan daxilolmaların artması sayəsində şirkətin gəlirləri 21% yüksələrək, $26.01 milyard dollara çatıb.

Şirkətin xalis məfəəti isə Avropa Komissiyası tərəfindən tətbiq edilən 2,7 milyard dollar həcmində cəriməyə görə 4, 88 milyard dollardan 3,52 milyard dollara enib.

Alphabetin cəlb olunduğu fəaliyyət sahələrinin müxtəlifiyinə baxmayaraq, şirkətin əsas gəlirlərinin Google və xüsusən də onun reklam biznesi sayəsində formalaşması ilk baxışda gözə dəyir. Reklam gəlirləri iyunun 30-na olan rəqəmə əsasən, $22.67 milyard dollara çatıb və şirkətin cəmi gəlirlərinin 87%-ni formalaşdırırb. Hər şey belə davam edərsə, hesabat ilinin sonuna qədər şirkətin reklam gəlirləri $90 milyard dollara çata bilər ki, bu göstərici ilə Google dünyada ən böyük reklam satan şirkətə çevrilər.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı qrafikdən gördüyünüz kimi, Google-un reklam gəlirləri ötən il $79.4 milyard dollar civarında olub ki, bu da ABŞ istisna olmaqla bütün ölkələrdə toplam reklam xərclərini üstələyir.

Qrafikdə Google-un reklam gəlirləri, dünyanın böyük bazarlarının reklam xərcləri ilə müqayisədə təsvir olunub. 

Ən sərfəli krediti almaq üçün müraciət et