Google-dan yeni bir satın alma xəbəri gəldi. ABŞ-lı texnologiya nəhəngi, internet və ağıllı telefonlar vasitəsilə idarə edilə bilən termostat və tüstü dedektorları istehsal edən “Nest” şirkətini 3,2 milyard dollara satın alıb. “Nest”in istehsal etdiyi termostatlar iki ildir satışda idi, şirkətin yaratdığı tüstü və karbon 4 oksid dedektorları bazarda yeni yer almağa başlayıb. “Nest”in qurucusu isə əvvəllər Apple-in iPod bölməsinin başında olmuş Tony Fadelldir.
EVDƏ OLUB OLMADIĞINIZI ANLAYIR
İnternet vasitəsilə uzaqdan əmr edilə bilinməklə bərabər, Nestin istehsal etdiyi termostatlar istifadəçinin evdə olub -olmadığını qəbul edərək evin istiliyini buna görə nizamlaya bilir.
Google-nin icraçı direktoru Larry Page bildirib ki, "Nesti"ni milyardlarla dollara satın almasının ardında “Kompleks problemlərə sadə həllər tapmaq üçün kompleks texnologiyaları istifadə etmək” istəyi dayanır.
ONLARLA ŞİRKƏT SATIN ALDI
Qurulduğu gündən bu yana 140-dan çox şirkəti öz tərkibinə qatan Google, yalnız 2013-də 18 şirkət satın alıb. Google-nin son dövrlər aldığı şirkətlər arasında xüsusilə robotlar teexnologiyaları üzərə ixtisaslaşmış firmalar yer alır.