“Google” süni intellektlə işləyən axtarış sistemini təqdim edib | Banco.az

“Google” süni intellektlə işləyən axtarış sistemini təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” dünən keçirilən I/O tədbirində “ChatGPT” ilə rəqabət aparacaq süni intellekt axtarış sistemini təqdim edib.

Banco.az xəbər verir ki, yeni funksiyaların “Google”un axtarış sistemində inqilab yaradacağının mesajını verən şirkət “Bard”a əlavə olunan yeniliklər və yeni dil modeli “PaLM 2” kimi bir çox süni intellekt təkmilləşmələrini də bölüşüb.

“Google”un Məhsuldar Axtarış Təcrübəsi (SGE) adlandırdığı süni intellektlə işləyən axtarış sistemi “Bing”ə ciddi rəqib olacaq və suallara aydın cavab verə biləcək. Dil modelləri ilə dəstəklənən bu sistem istifadəçilərin suallarına ətraflı cavab verə, eyni zamanda şəkil və ya videolar göstərə biləcək.

Qeyd edək ki, “Google”un yeni funksiyası yaxın günlər ərzində ABŞ-da müəyyən insanlar üçün əlçatan olacaq. Şirkət gələcəkdə bu funksiyanı bütün istifadəçilərin ixtiyarına verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et