Google şirkəti Pixel 4 və Pixel 4 XL'dən başqa daha bir Pixel modelini təqdim edəcək | Banco.az

Google şirkəti Pixel 4 və Pixel 4 XL'dən başqa daha bir Pixel modelini təqdim edəcək

Google Pixel 4 və Pixel 4 XL smartfon modellərinin təqdimatlarından öncə internetdə məlumat ortaya çıxdı ki, şirkət sözügedən smartfonlardan əlavə daha bir Pixel modelini də təqdim etməyi planlaşdırır. Məlumata əsasən bu, həmin təqdimat tədbirində təqdim olunacaq üçüncü Pixel modeli olacaq. Bu barədə XDA-Developers saytı xəbər verib. Məlumata əsasən Pixel 4 və Pixel 4 XL smartfonları şirkətin yeganə modelləri olmayacaqlar. Məlumatda qeyd olunub ki, üçüncü smartfon məhz Pixel 5G olacaq.

Həmçinin Pixel 5G-nin güman edilən satış tarixi barəsində də məlumat verilib. Pixel 4 və Pixel 4 XL modellərinin satışlarına təqdimatdan bir neçə gün sonra start veriləcəyi halında Pixel 5G modeli yalnız 2020-c ildə satışa çıxacaq. Gözləntlərə əsasən o, gələn il təqdim olunacaq büdcəli Pixel 4a modeli ilə birlikdə satışa çıxacaq. Mənbənin verdiyi məlumata əsasən Pixel 5G modeli hal hazırda Çində qapalı testdən keçir və ilin sonunda Vyetnamda bu modelin irimiqyaslı istehsalına start veriləcəyi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Güman edilir ki, smartfon Snapdragon 855 prosessoruna sahib olacaq. Analitiklərin fikirlərincə isə 2020-ci ildə satışa çıxacaq bir smartfon üçün bu prosessordan istifadə bir qədər qəribədir. Belə ki, ilin sonunda Qualcomm şirkəti artıq Snapdragon 865 prosessorunu təqdim edəcək. Qeyd etmək lazımdır ki, Pixel 4 və Pixel 4 XL modellərinin təqdimatları 15 oktyabr tarixində baş tutacaq.

Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et