Google şirkəti hakerlərə 6,5 milyon dollar ödəniş edib | Banco.az

Google şirkəti hakerlərə 6,5 milyon dollar ödəniş edib

Hakerlər məbləğin 0,5 milyon dollarını ianə veriblər

Ötən il ərzində Google şirkətinin rəsmiləri “Vulnerability Reward Programs” qrupunun hakerlərinə 6,5 milyon dollardan çox ödəniş ediblər.

Hakerlər bu vəsaitin qarşılığında şirkətin proqramlarında mümkün boşluqları aşkarlayıblar.

“Vulnerability Reward Programs” üzvləri məbləği 500 000 dollarını ianə olaraq xərcləyiblər.

Ən sərfəli kredit üçün müraciət et

2010-cu ildən fəaliyyətə başlayan “Vulnerability Reward Programs” hakerləri bu günədək Google şirkətindən 21 milyon dollar vəsait alıblar.

Sözügedən proqramın hakerləri Google, Google Chrome, Android və Abuse, ilə yanaşı Google Play tətbiqində də mövcud boşluqlar üzərində çalışır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et