Jurnalistlər Google şirkətinin iki qara siyahıya sahib olduğunu öyrənib – hüquqi və daxili.
Bu barədə WSJ (Wall Street Journal) tərəfindən bildirilib.
Məlum olduğu kimi Google müəyyən saytları ümumiyyətlə və ya müəyyən səbəbə görə yayımlamır.
2010-cu ildən 2018-ci ilə qədər Google müəyyən linkləri silmək üçün 685 000 müraciəti qeydiyyata alıb, müraciətlərin 78%-i 2016-cı ildən 2018-ci ilə qədər qeydiyyata alınıb. Bu cür müraciətlərin ən çoxu Rusiya ərazisindən olduğu bildirilir. Ümumilikdə şirkət, Rusiya hökumətindən müəyyən linkləri silmək üçün təxminən 255 000 sorğu alıb. Çox vaxt həmin müraciətlər Rusiyadakı qanunsuz mövzularla əlaqəli olduğu bildirilir: narkotik, intihar təbliğatı.
Mənbədən bildirilir ki, saytlar spam, süni reytinq və sair taktikaları istifadə edərsə, qara siyahıya düşə bilər.
Ted.az