"Google" mühəndisinin Çin agenti olduğu ortaya çıxdı | Banco.az

"Google" mühəndisinin Çin agenti olduğu ortaya çıxdı

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ və Çin arasında  süni intellekt yarışı davam etdməkdədir. Hər iki ölkə strateji əhəmiyyətli üstünlüklər əldə etmək üçün böyük sərmayələr qoyur və bu, beynəlxalq arenada rəqabəti gücləndirir.

Son illərdə Çin ABŞ-da yerləşən şirkətlərdən texnologiyalar oğurlamaqda ittiham olunur.

Banco.az xəbər verir ki, federal ittiham aktına görə, bu yaxınlarda Kaliforniyada Google-da proqram mühəndisi kimi işini tərk edən Çin vətəndaşı süni intellekt texnologiyasını Pekində yerləşən bir şirkətə ötürməyə cəhd etməkdə günahlandırılıb.

Prokurorlar Google-un nəhəng süni intellekt superkompüter məlumat sistemini hazırlayan və ona xidmət göstərən komandanın bir hissəsi olan Linwei Ding-i sistemin “arxitekturası və funksionallığı” haqqında məlumat oğurlamaqda ittiham edirlər.

Səlahiyyətlilər, Dinqin Google-un əsas kampusundan çox uzaq olmayan Nyuarkdakı evində həbs edildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İttihama görə, 2022-ci ilin iyun ayından başlayaraq Ding, Google-dakı rəhbərlərinə xəbər vermədən Çində yerləşən bir texnologiya şirkəti tərəfindən ayda 14.800 dollar (üstəlik bonuslar və şirkət səhmləri) ödənilib .

Qeyd edək ki,əqli mülkiyyət oğurluğu ilə bağlı ittihamlar illərdir ABŞ-Çin münasibətlərində əsas problem olaraq qalır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et