Tamara Mustafayeva, Banco.az
Google şirkəti mobil axtarış ekranının dizaynında müəyyən dəyişikliklər edildiyini açıqlayıb.
Yeni dizaynda mətnlər ön plana çıxacaq və istifadəçilərin axtarış etmələri daha asanlaşacaq. Şirkəti yeni dizaynla bağlı istiqamətləndirən beş əsas başlıq - məlumata fokuslanmaq, mətnin oxunulmasını asanlaşdırmaq, daha geniş istifada dairəsi yaratmaq, mühüm məqamları vurğulamaq və dairəvi xəttlərə yer vermək - dir.
Sözügedən dizaynın rəhbəri Aileen Cheng açıqlamasında, "İnsanların axtardıqları məlumatları daha sürətli və daha asan tapmaları məqsədilə bir az asanlaşdırmaq üçün bir addım geri atmaq istədik.", deyə bildirib. Bu yeni dizayn sayəsində istifadiçələrin sürətli axtarış edə bilmələri üçün mətn daha böyük və aydın görünür.
Qeyd edək ki, hazırda sözügedən dizayn sınaq mərhələsindədir və yaxın günlərdə bütün istifadəçilərin bəyənisinə təqdim ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!